Nərimanov rayonu ərazisindəki mağazaların birindən oğurlamağa cəhd göstərməkdə şübhəli bilinən şəxslər saxlanılmışlar
03.11.2020Noyabrın 3-də saat 14 radələrində Nərimanov rayonu ərazisindəki mağazaların birindən Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olmuşdur.
Dərhal hadisə yerinə gəlmiş RMİ əməkdaşları tərəfindən həmin mağazadan 1500 manat dəyərində 4 ədəd kompyüter oğurlamağa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar – R.İsmayılov və Z.Musayev saxlanılaraq 18-ci Polis Şöbəsinə təhvil verilmişlər.