Bakı şəhər sakini olan bir qadını video görüntülərini yayacağı ilə hədələyib ondan pul tələb etməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılmışdır
02.11.2020Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan bir qadın noyabrın 2-də bir nəfərin video görüntülərini yayacağı ilə hədələyib ondan 10.000 manat pul tələb etdiyini bildirmişdir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə qorxu ilə tələb etməkdə şübhəli bilinən şəxsin Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş A.Rəsulov olması müəyyən edilmiş və görülmüş tədbirlərlə o, saxlanılmışdır.
Araşdırma aparılır.