Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Z.Kazımovu döymüş və balta ilə avtomobilinə maddi ziyan vurmuş şəxslərdən biri saxlanılmışdır

02.11.2020

Noyabrın 1-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində şəxsiyyəti məlum olmayan 3 nəfər xuliqanlıq zəminində Bakı şəhər sakini Z.Kazımovu döymüş və balta ilə ona məxsus “Toyota” markalı avtomobilə maddi ziyan vurmuşlar.

Baş Mühafizə İdarəsi və Sabunçu RPİ 13-cü PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərdən biri Ramana qəsəbə sakini R.Ellazov saxlanılmış, digərlərinin isə tutulması  istiqamətində tədbirlər görülür.