Xətai rayonu ərazisində Ağdam rayon sakini H.Əliyevaya qarşı soyğunçuluq törətməkdə şübhəli bilinən T.Rüstəmov saxlanılmışdır
02.11.2020Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə müraciət edən Ağdam rayon sakini H.Əliyeva oktyabrın 30-da N.Mahmudov küçəsində bir nəfərin onun mobil telefonunu açıq talama yolu ilə aldığını bildirmişdir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Rüstəmov müəyyən edilərək saxlanılmışdır.