Balaxanı qəsəbəsində yaşayan Natiq Məmmədovu qətlə yetirməkdə şübhəli bilinən Şamaxı rayon sakini Ü.Mahmudov saxlanılmışdır
23.10.2020Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə oktyabrın 23-də saat 9 radələrində Balaxanı qəsəbəsində yaşayan Natiq Məmmədovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə məlumat daxil olmuşdur.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.
Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə bu cinayət əməlinin münaqişə zəminində Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş Ü.Mahmudov tərəfindən törədilməsi müəyyən edilmişdir.Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və 12-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ü.Mahmudov saxlanılaraq istintaqa təhvil verilmişdir.
Faktla bağlı cinayət işi başlanılmışdır.