Nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini S.Teymurov avtomobillə birgə saxlanılmışdır
23.10.2020Oktyabrın 22-də Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə Hövsan qəsəbəsi ərazisindən X.Fətullayevə məxsus “Geelly” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini S.Teymurov oktyabrın 23-də qəsəbə ərazisində avtomobillə birgə saxlanılmışdır.
Araşdırma aparılır.