Tovuz rayonunun Hacallı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
23.10.2020Oktyabrın 23-də saat 19 radələrində Tovuz rayonunun Hacallı kəndi ərazisində rayon sakini S.Şirinov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən həmyerlisi Yazgül Əliyevanı vurmuşdur. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Tovuz RPŞ tərəfindən araşdırma aparılır.