Qəbələ rayonunun Mirzəbəyli kəndi ərazisində yol-nəqliyyat hadisəsi
23.10.2020Oktyabrın 23-də saat 15 radələrində Qəbələ rayonunun Mirzəbəyli kəndi ərazisində Bakı şəhər sakini N.Camlı idarə etdiyi “Mercedes” markalı avtomobili ağaca vurmuşdur. Sürücü və sərnişini olan Ceyhun Mehrəliyev xəstəxanaya yerləşdirilmiş, şərnişin aldığı xəsarətlərdən orada ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.