Səbail rayonu ərazisindəki mənzillərin birindən 130.000 manat pul oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
21.10.2020Səbail RPİ-nin 41-ci Polis Bölməsinə oktyabrın 19-da rayon ərazisindəki mənzillərin birindən 130.000 manat pulun oğurlanması barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini E.Hacızadə və Bakı şəhər sakini F.Kərimov müəyyən edilərək saxlanılmışlar.