Abşeron rayon sakini İ.Söhbətova qarşı soyğunçuluq törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakinləri R.Bəkirov və N.Rəhimov saxlanılmışlar
21.10.2020Abşeron RPİ-yə müraciət edən Aşağı Güzdək qəsəbə sakini İ.Söhbətov oktyabrın 20-də Xırdalan şəhəri ərazisində idarə etdiyi “Nissan” markalı avtomobilə sərnişin qismində oturmuş 2 nəfərin onu hədələyib 20 manat pulunu aldıqlarını bildirmişdir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar R.Bəkirov və N.Rəhimov müəyyən edilərək saxlanılmışlar.