Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Nəsimi rayonu ərazisindəki marketlərin birindən oğurluğa cəhd göstərən şəxs polis əməkdaşları tərəfindən saxlanılmışdır

21.10.2020

Oktyabrın 21-də saat 13 radələrində Nəsimi rayonu ərazisindəki marketlərin birindən oğurluğa cəhd göstərən şəxs ərazidə xidmət aparan Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır.

20-ci Polis Bölməsinə təhvil verilən həmin şəxsin Bakı şəhər sakini M.Mirzəyev olduğu müəyyən edilmişdir. Ətrafında aparılmış tədbirlərlə onun oktyabrın 8-də həmin mağazadan 260 manat dəyərində ərzaq məhsulları və spirtli içki oğurlaması da müəyyən edilmişdir.