Gəncə şəhər sakini Z.Həbibovun idarə etdiyi avtomobilə baxış zamanı oradan tapança, 1 ədəd patron darağı, 8 patron, 1 ədəd süngübıçaq və 1 ədəd dəbilqə aşkar edilərək götürülmüşdür
15.10.2020Daxil olmuş məlumat əsasında Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən Hacıqabul-Horadiz yolunda qurulmuş xüsusi postda Gəncə şəhər sakini Z.Həbibovun idarə etdiyi “Mercedes” markalı avtomobil saxlanılmışdır.
Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı oradan “Makarov” markalı tapança, 1 ədəd patron darağı, 8 patron, 1 ədəd süngübıçaq və 1 ədəd dəbilqə aşkar edilərək götürülmüşdür.