Göyçay rayonunun Qaraməryəm kəndi ərazisində yol-nəqliyyat hadisəsi
15.10.2020Oktyabrın 15-də saat 12 radələrində Göyçay rayonunun Qaraməryəm kəndi ərazisində Ağcabədi rayon sakini Xudaverdi Əhmədovun idarə etdiyi “VAZ-21099” və İsmayıllı şəhər sakini E.Dadaşovun idarə etdiyi “MAN” markalı yük avtomobilləri toqquşmuşdur. Nəticədə X.Əhmədov və sərnişinləri, Laçın rayon sakinləri Ələsgər Cabbarov və Sadiq İsayev hadisə yerində ölmüş, X.Rzayev isə xəstəxanaya yerləşdirilmişdir.
Göyçay RPŞ tərəfindən araşdırma aparılır.