Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Abşeron rayon sakini N.Çələbiyevə odlu silahdan açdığı atəşlə xəsarət yetirməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini L.Ağayev saxlanılmışdır

15.10.2020

Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə oktyabrın 15-də saat 10 radələrində Abşeron rayon sakini N.Çələbiyevin odlu silahdan açılmış atəş nəticəsində aldığı çoxsaylı xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olmuşdur.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.

Araşdırmalarla bu cinayət əməlinin İnşaatçılar qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş L.Ağayev tərəfindən münaqişə zəminində “Vinçester” markalı ov tüfəngindən açılan atəşlə törədilməsi müəyyən edilmişdir.

4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində L.Ağayev saxlanılaraq istintaqa təhvil verilmişdir.     

Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmışdır.

15.10.2020 tarixinə olan kriminal məlumatlar