Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Salyan rayon sakini P.Əliyev avtomobillə birgə saxlanılmışdır
26.09.2020Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə sentyabrın 26-da saat 3 radələrində Biləcəri qəsəbəsi ərazisindən E.Allahverdizadəyə məxsus “VAZ-2121” markalı avtomobilin qaçırılması barədə müraciət daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Salyan rayon sakini P.Əliyev həmin gün Salyan rayon ərazisində avtomobillə birgə saxlanılmışdır.
Binəqədi RPİ tərəfindən araşdırmalar aparılır.