Ağsu rayonunun Çaparlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
26.09.2020Sentyabrın 26-da saat 11 radələrində Ağsu rayonunun Çaparlı kəndi ərazisində İsmayıllı rayon sakini Qərib Şirinov idarə etdiyi “VAZ-21015” markalı avtomobili dərəyə aşırmışdır. Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Ağsu RPŞ tərəfindən araşdırmalar aparılır.