Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini T.Babayevdən heroin aşkar edilərək götürülmüşdür
26.09.2020Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Zabrat qəsəbəsindəki evlərin birindən 800 manat dəyərində velosiped oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Babayev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülmüşdür.