DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Xaçmaz rayonunun Ləcət kənd sakinləri Sona Yunusovanı və onun əri Bəykəs Yunusovu qəsdən öldürməkdə şübhəli bilinən kürəkəni R.Osmanov tutularaq istintaqa cəlb edilmişdir

18.09.2020

Sentyabrın 18-də saat 6 radələrində odlu silahdan açılmış atəş nəticəsində aldıqları xəsarətlərdən Xaçmaz rayonunun Ləcət kənd sakinləri Sona Yunusovanın yaşadığı evdə, əri Bəykəs Yunusovun isə xəstəxanada ölmələri barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.

Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri ilə qeyd edilən tarixdə S.Yunusovanın yaşadığı evə gəlmiş Seyidli kənd sakini olan kürəkəni R.Osmanovun aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq sonuncuları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.  

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Əməliyyat-axtarış tədbirləri nəticəsində R.Osmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir. Ondan cinayətdə istifadə etdiyi lüləsi və qundağı kəsilmiş “İJ-16” markalı ov tüfəngi götürülmüşdür.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

18.09.2020 tarixinə olan kriminal məlumatlar