DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Sabunçu rayonu ərazisində taksi kimi idarə olunan avtomobildən 1 kiloqramdan artıq marixuana götürülmüşdür

18.09.2020

Sabunçu RPİ 15-ci PB və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının daxil olmuş məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Ağdaş rayon sakini O.Məmmədovun taksi kimi idarə etdiyi “Hyundai” markalı avtomobil, sərnişini İ.Mustafayevlə birgə saxlanılmışdır.

Polis əməkdaşları tərəfindən avtomobilin yük yerinə baxış zamanı oradan 1 kiloqram 62 qramdan artıq marixuana aşkar edilərək götürülmüşdür.

18.09.2020 tarixinə olan kriminal məlumatlar