DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Narkotiklə saxlanılmış Gəncə şəhər sakini S.Hüseynzadəyə narkotik vasitəni satmaqda şübhəli bilinən M.Cəfərov müəyyən edilmişdir

18.09.2020

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Gəncə şəhər sakini S.Hüseynzadə saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilmişdir.

Davam etdirilən tədbirlərlə ona narkotik vasitəni satmaqda şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş M.Cəfərov da polis əməkdaşları tərəfindən müəyyən edilmişdir. Onun yaşadığı evə baxış zamanı oradan 455 qram marixuana aşkar edilərək götürülmüşdür.

18.09.2020 tarixinə olan kriminal məlumatlar