Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində “Daf” və “Toyota” markalı avtomobillər toqquşmuşdur
16.09.2020Sentyabrın 16-da saat 16 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Babək rayon sakini C.Şahverdiyevin idarə etdiyi “Daf” və Bakı şəhər sakini Qədir Rüstəmovun idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşmuşdur. Nəticədə Q.Rüstəmov aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Qaradağ RPİ tərəfindən araşdırma aparılır.