Tərtər rayonu ərazisində avtomobillə yolun kənarı ilə atla hərəkət edən A.Süleymanovu vuraraq hadisə yerindən yayınmaqda şübhəli bilinən sürücü F.Xəlilov saxlanılmışdır
16.09.2020Sentyabrın 15-də saat 20 radələrində Tərtər rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolun kənarı ilə atla hərəkət edən Bərdə rayon sakini Asif Süleymanov vurulmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş A.Süleymanov orada ölmüşdür.
BDYPİ və Tərtər RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “QAZel” markalı avtomobilin sürücüsü, Ağdam rayon sakini F.Xəlilov saxlanılmışdır.