Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran şəhər sakini C.Əsədov saxlanılmışdır
16.09.2020Lənkəran ŞRPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş C.Əsədov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 479 qramdan artıq marixuana aşkar edilərək götürülmüşdür.