Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Qazax rayon sakini İ.Əliyev saxlanılmışdır
16.09.2020Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Qazax rayon sakini, əvvəllər məhkum olunmuş İ.Əliyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 455 qram marixuana aşkar edilərək götürülmüşdür.