Xuliqanlıq zəminində kürəkəni N.Allahverdiyevin qol nahiyəsinə xəsarət yetirmiş Buzovna qəsəbə sakini Ç.Rəhimov polis əməkdaşları tərəfindən saxlanılmışdır
16.09.2020Sentyabrın 15-də saat 2 radələrində Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini Ç.Rəhimovun xuliqanlıq zəminində pnevmatik tüfəngdən açdığı atəşlə kürəkəni N.Allahverdiyevin qol nahiyəsinə xəsarət yetirməsi barədə Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə məlumat daxil olmuşdur.
Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Ç.Rəhimov polis əməkdaşları tərəfindən saxlanılmış, ondan “Qamo” markalı pnevmatik tüfəng və 42 ədəd patron (pnevmatik) götürülmüşdür.