Avtomobil qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini V.Məmmədov saxlanılmış, daha 1 nəfər isə müəyyən edilmişdir
11.09.2020Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində R.Mənsumova məxsus “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini V.Məmmədov saxlanılmış, daha 1 nəfər isə müəyyən edilmişdir. Araşdırmalar zamanı onların avtomobilin hissələrini sökmələri və avtomobili yandırmaları müəyyən edilmişdir.