Zirə qəsəbə sakini N.Salmanov barəsində protokol tərtib olunaraq ona 600 manat məbləğində inzibati cərimə tətbiq edilib
11.09.2020Baş İctimai Təhlükəsizlik İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sentyabrın 11-də Binə qəsəbəsi ərazisində keçirdikləri reyd zamanı sənaye və məişət tullantılarının yandırılması faktı aşkar edilib.
Zirə qəsəbə sakini N.Salmanov İnzibati Xətalar Məcəlləsinin 234-cü (Atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin pozulması) maddəsinin tələblərini pozduğuna görə barəsində protokol tərtib olunaraq ona 600 manat məbləğində inzibati cərimə tətbiq edilib.