Xətai rayonunun Gəncə prospektində yol-nəqliyyat hadisəsi baş vermişdir
01.09.2020Sentyabrın 1-də saat 15 radələrində Xətai rayonunun Gəncə prospektində Bakı şəhər sakini C.Allahverdiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Xuraman Qədiyevanı və onun nəvəsi, 6 yaşlı Ə.Mirzəyevanı vurmuşdur. Nəticədə X.Qədiyeva aldığı xəsarətlərdən hadisə yerində ölmüş, uşağa xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.Xətai RPİ tərəfindən araşdırma aparılır.