Fotostudiyaların birindən pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini P.Muxtarov saxlanılmışdır
01.09.2020Nizami RPİ 25-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 30-da rayon ərazisindəki fotostudiyaların birindən 3550 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini P.Muxtarov saxlanılmışdır.