Soyğunçuluq törətməkdə şübhəli bilinən Neftçala rayon sakini A.Əliyev və Xocalı şəhər sakini T.Səfərov saxlanılmışlar
01.09.2020Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini F.Cəlilov avqustun 31-də saat 21 radələrində rayon ərazisində 2 nəfərin onun mobil telefonunu açıq talama yolu ilə aldığını bildirmişdir.Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Neftçala rayon sakini A.Əliyev və Xocalı şəhər sakini T.Səfərov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışlar.