Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Soyğunçuluq törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri E.Məmmədov və R.Məmmədov saxlanılmışlar

26.08.2020

Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə avqustun 26-da 29-cu məhəllənin ərazisində 2 nəfərin şəhər sakini A.Bayramova zor tətbiq edib 400 manat pulunu və mobil telefonunu alması barədə müraciət daxil olmuşdur.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar E.Məmmədov və R.Məmmədov saxlanılmışlar.R.Məmmədovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun şəhər sakinləri olan daha 2 nəfərin mobil telefonunu dələduzluq yolu ilə alması da müəyyən edilmişdir.Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

26.08.2020 tarixinə olan kriminal məlumatlar