Abşeron rayonu Qobu qəsəbə sakini E.Muxtarov saxlanılmış və ondan narkotik maddələr aşkar edilərək götürülmüşdür
26.08.2020Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Abşeron rayonu Qobu qəsəbə sakini E.Muxtarov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 14 qramdan artıq marixuana aşkar edilmişdir. Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı isə əlavə olaraq 3 kiloqram 205 qram marixuana, 1 ədəd elektron tərəzi, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilmiş 8 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.