Qaradağ rayonu ərazisində yaşayan Ə.Hüseynov saxlanılmış və ondan narkotik maddələr aşkar edilərək götürülmüşdür
26.08.2020Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Qaradağ rayonu ərazisində yaşayan Ə.Hüseynov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 7 qrama yaxın heroin aşkar edilmişdir. Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı isə əlavə olaraq 1 kiloqramdan artıq heroin, 603 qramdan çox metamfetamin, 236 qramdan artıq marixuana və 4 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.