Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir
21.08.2020Avqustun 21-də saat 21 radələrində Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində Bakı şəhər sakinləri E.Manafovun idarə etdiyi “Mercedes” və N.Abdullayevin idarə etdiyi “Range Rover” markalı avtomobillər toqquşduqdan sonra “Range Rover” markalı avtomobil yolun kənarında dayanmış paytaxt sakini Emin Şükürovu vurmuşdur.Xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.Suraxanı RPİ tərəfindən araşdırma aparılır.