Karantin rejimi ilə əlaqədar qurulmuş postda Astara rayon sakini R.İsgəndərovun idarə etdiyi mikroavtobus saxlanılmış və 7 nəfər sərnişin barəsində protokol tərtib edilmişdir
21.08.2020Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən avqustun 21-də Qaradağ rayonu Ələt qəsəbəsinin ərazisində karantin rejimi ilə əlaqədar qurulmuş postda Astara rayon sakini R.İsgəndərovun idarə etdiyi “Mercedes” markalı mikroavtobus saxlanılmışdır.Yoxlama zamanı R.İsgəndərov və sərnişini Şabran rayon sakini A.İsayevin Bakı şəhər sakini olan 7 nəfər sərnişinə pul müqabilində müxtəlif rayon qeydiyyatlı vətəndaşlara məxsus şəxsiyyət vəsiqəsi verərək onları rayon istiqamətinə postdan keçirməyə cəhd etməsi müəyyən edilmişdir.Qeyd edilən 7 nəfər barəsində İXM-in 211.1-ci maddəsi ilə protokol tərtib edilmiş, R.İsgəndərov və A.İsayev isə araşdırmalar aparılması üçün Qaradağ RPİ 11-ci PB-yə təhvil verilmişlər.