Lənkəran rayonu ərazisindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən Q.Həsənov saxlanılmışdır
21.08.2020Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 13-də rayon ərazisindəki evlərin birindən 4000 manat dəyərində işıq generatoru, su mühərriki, 100 metr elektrik naqili, inşaat materialları və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Aşağı Nüvədi kənd sakini Q.Həsənov saxlanılmışdır.