Müsavat partiyasının inzibati binasından kondisioner oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini T.Babayev saxlanılmış və daha bir nəfərin şəxsiyyəti müəyyən edilmişdir
21.08.2020Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Müsavat partiyasının inzibati binasından 2 ədəd kondisioneri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Babayev saxlanılmış, daha bir nəfərin şəxsiyyəti müəyyən edilmişdir. Həmin şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.