Yardımçı təsərrüfatın qəsdən yandırılmasın da şübhəli bilinən Şəki şəhər sakini S.Yusifov saxlanılmışdır
16.08.2020Şəki ŞRPŞ-yə müraciət edən Kiçik Dəhnə kənd sakini T.Baqiyev avqustun 15-də saat 22 radələrində kənd ərazisində ona məxsus yardımçı təsərrüfatın qəsdən yandırılması nəticəsində 1500 ədəd ot bağlamasının yanmasını, 1 ulaq və 70 ev quşunun tələf olmasını bildirmişdir.Dərhal polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılmışdır. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən həmkəndlisi, əvvəllər məhkum olunmuş S.Yusifov saxlanılmışdır.Faktla əlaqədar cinayət işi başlanmışdır.