Şabran şəhər sakini A.Qədirovun idarə etdiyi avtomobildən metamfetamin, beşbarmaq və bıçaq aşkar edilərək götürülmüşdür
16.08.2020Şabran RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində şəhər sakini A.Qədirovun idarə etdiyi “VAZ-2112” markalı avtomobilə baxış zamanı oradan metamfetamin, 1 ədəd beşbarmaq və 2 ədəd bıçaq aşkar edilərək götürülmüşdür.