Şabran rayonunun Aygünlü kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir
16.08.2020Avqustun 16-da saat 6 radələrində Şabran rayonunun Aygünlü kəndi ərazisində Şabran şəhər sakini V.Hüseynov idarə etdiyi “Mercedes” markalı avtomobili ağaca vurmuşdur. Nəticədə sərnişinlərindən Bakı şəhər sakinləri Məftun Nəzərov, Vüsal Ağacanov və Abşeron rayon sakini Tovuz Hüseynova hadisə yerində ölmüş, sürücü isə xəsarətlə xəstəxanaya yerləşdirilmişdir.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.