Sabirabad rayonunun Qaratəpə kənd sakini C.Abbasovun yaşadığı evdən heroin, metamfetamin və marixuana aşkar edilərək götürülmüşdür
16.08.2020Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Sabirabad rayonunun Qaratəpə kənd sakini, əvvəllər məhkum olunmuş C.Abbasovun yaşadığı evdə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oradan 305 qrama yaxın heroin, 101 qramdan artıq metamfetamin və 12 qrama yaxın marixuana aşkar edilərək götürülmüşdür.