Suraxanı rayon sakini B.Yaxşıyevin evindən 4 kiloqramdan artıq marixuana, həyətindən isə 18 ədəd çətənə kolu götürülmüşdür
07.08.2020Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Yeni Suraxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş B.Yaxşıyevin evinə baxış zamanı oradan 4 kiloqram 757 qram marixuana, həyətindən isə kultivasiya yolu ilə yetişdirilmiş 18 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.