Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Zərdabda qanunsuz odlu silah saxlayan şəxs saxlanılıb

07.08.2020

Zərbad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxslərin aşkar edilməsi məqsədi ilə növbəti əməliyyat tədbiri həyata keçirilib.

Belə ki, rayonun Çallı kəndində yaşayan İsa İsayev qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilindiyi üçün saxıanılaraq Zərdab Rayon Polis Şöbəsinə gətirilib. Onun kənd ərazisində yerləşən fermasındakı yaşayış yerinə baxış zamanı 1 ədəd təklüləli “İJ” markalı ov tüfəngi aşkar olunaraq götürülüb. Araşdırma zamanı İsa İsayevə məxsus ov silahının müvafiq sənədlərinin olmadığı məlum olub.

Faktla bağlı Zərdab  Rayon Polis Şöbəsində araşdırma aparılır.

07.08.2020 tarixinə olan kriminal məlumatlar