Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Beyləqan rayonu ərazisindən Z.Həsənovun avtomobilini qaçırmaqda şübhəli bilinən Ağcabədi rayon sakini Q.Həsənli saxlanılmışdır

07.08.2020

Avqustun 6-da Beyləqan rayonunun Eyvazallar kəndi ərazisindən Ağcabədi rayon sakini Z.Həsənovun “VAZ-2106” markalı avtomobilinin qaçırılması barədə Beyləqan Rayon Polis Şöbəsinə müraciət daxil olmuşdur.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Q.Həsənli müəyyən edilərək saxlanılmışdır.

Araşdırmalarla onun daha bir ”VAZ-2106” markalı avtomobili qaçırması da müəyyən edilmişdir.

Araşdırma aparılır.

07.08.2020 tarixinə olan kriminal məlumatlar