Paytaxtın Nizami rayonu ərazisində S.Melyoxinanın və əri R.Fomişçinin yaşadıqları mənzilə girərək quldurluq törətməkdə şübhəli bilinən iki şəxsdən biri saxlanılmış, digərinin isə şəxsiyyəti müəyyən edilmişdir
01.08.2020Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə iyulun 20-də 2 nəfərin aldadaraq S.Melyoxinanın yaşadığı mənzilə girməsi, onun və əri R.Fomişçinin ağız və əl-ayağını yapışqanlı lentlə bağlayıb döyərək oradan 5000 manat pul aparmaları barədə müraciət daxil olmuşdur.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini A.İzzətov saxlanılmış, digərinin isə şəxsiyyəti müəyyən edilmişdir.
Əməliyyat-axtarış tədbirləri davam etdirilir.