Göygöl rayonu ərazisində 2 mağazadan, 1 avtomobildən, 1 həyətyanı sahədən və 1 evdən oğurluq törətməkdə şübhəli bilinən S.Hüseynov və E.İsazadə saxlanılmışlar
01.08.2020Göygöl RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində 2 mağazadan ərzaq məhsulları, tütün məmulatı, 1 avtomobildən monitor, maqnitofon, 1 həyətyanı sahədən 2 ədəd su mühərriki, 1 evdən 400 manat pul, qol saatı, spirtli içki və qəlyan oğurlamaqda şübhəli bilinən Çaykənd kənd sakini S.Hüseynov və Kəlbəcər rayon sakini E.İsazadə saxlanılmışlar.