Bakı şəhər sakini P.Məmmədəliyevin Sabunçu rayonundakı yaşadığı evdən narkotik vasitələr və silah-sursat götürülmüşdür
26.06.2020Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş P.Məmmədəliyevin Sabunçu rayonundakı yaşadığı evə baxış zamanı 754,718 qram həşiş qətranı, 241,85 qram heroin, 58,465 qram metamfetamin, 31 ədəd metadon həbi, 2 ədəd elektron tərəzi, 1 ədəd “Sieger P84-M 1” markalı qaz tapançası, 1 ədəd patron darağı və 4 ədəd patron aşkarlanıb götürülmüşdür.