Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Barəsində rüsvayedici məlumat yayacağı adı ilə hədələməklə bir neçə şəxsdən pul almış Şirvan şəhər sakini E.Əmənov tutulmuşdur

26.06.2020

2019-cu və 2020-ci illər ərzində Şirvan şəhərinin ərazisində şəhər sakini E.Əmənov barəsində rüsvayedici məlumatları yayacağı adı ilə hədələyib Şirvan şəhər sakinləri F.H-dan 680 manat, A.Ş-dan 650 manat, V.Ə-dən 200 manat, A.A-dan 390 manat və Bakı şəhər sakini E.Ə-dən 200 manat pul almışdır.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Əmənov tutulmuşdur.     

Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə )maddəsi ilə cinayət işi açılmışdır.

26.06.2020 tarixinə olan kriminal məlumatlar