Şirvan şəhər sakini R.Şahbazovun evinin həyətindən çətənə kolları və 1 kiloqramdan artıq marixuana götürülmüşdür
26.06.2020Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Hacıqəhrəmanlı qəsəbə sakini Ramil Şahbazovun evinin həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 107 ədəd çətənə kolu və 1 kiloqram 615 qram marixuana aşkarlanıb götürülmüşdür.