Tərtər rayonunun Azadqaraqoyunlu kəndi ərazisində yol-nəqliyyat hadisəsi
21.06.2020İyunun 21-də saat 20 radələrində Tərtər rayonunun Azadqaraqoyunlu kəndi ərazisində kənd sakini Təhməz Məmmədovun idarə etdiyi “VAZ-21074” markalı avtomobillə Bərdə rayon sakini C.Əlizadənin idarə etdiyi “İsuzu” markalı yük avtomobili toqquşmuşdur. Nəticədə T.Məmmədov hadisə yerində ölmüş, C.Əlizadə və bir sərnişini xəstəxanaya yerləşdirilmişlər.
Tərtər RPŞ tərəfindən araşdırma aparılır.